İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərq üzrə keçirilən məsləhətləşmələr başa çatıb.
Bu barədə TASS Türkiyə XİN-dəki mənbəyə istinadən bildirib.
Məsləhətləşmələr zamanı Suriya və Qəzza məsələləri müzakirə edilib.
"Türkiyə məsləhətləşmələrdə Suriyaya qarşı sanksiyaların ləğv edilməsinin vacibliyini qeyd edib, həmçinin bütün maraqlı tərəflərlə koordinasiyanın tərəfdarı olduğunu diqqətə çatdırıb", - mənbə əlavə edib.
**12:52
İstanbulda Yaxın Şərqdəki vəziyyətlə bağlı Rusiya-Türkiyə danışıqları başlayıb.
Bu barədə “RİA Novosti” agentliyi Türkiyədəki diplomatik mənbəsinə istinadən xəbər yayıb.
Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfinə isə xarici işlər nazirinin müavini Mixail Boqdanov rəhbərlik edirlər.
Məsləhətləşmələr qapalı formatda keçirilir.
Rusiya və Türkiyə nümayəndələri danışıqlarda Suriyada və Yaxın Şərq münaqişəsi zonasında vəziyyəti müzakirə etməyi planlaşdırırlar.