"Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin nəzarət altına alınması üzrə əməliyyatı başa çatdırıb, Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə müvafiq raport verib".
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ali Baş Komandan Vladimir Putinə Kursk vilayəti üzərində nəzarətin bərpa edilməsi üzrə əməliyyatın başa çatması barədə məlumat verib", - deyə Peskov qeyd edib.
Gerasimovun məruzəsində bildirdiyi kimi, Ukrayna Silahlı Qüvvələri məğlub olub və aprelin 26-da Kursk vilayətində sonuncu yaşayış məntəqəsi olan Qornal Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib.
Daha ətraflı videomaterialda: