Baku TV vətəndaşların bank kartlarından oğurluq edilməsi halları ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Sakinlər arasında bu halla qarşılaşdığını deyənlərlə yanaşı, özünün olmasa da, yaxınlarının kibercinayətə məruz qaldığı barədə məlumatının olduğunu söyləyənlər də olub.
"Yaxınlarım belə hallarla qarşılaşıblar. Başlarına gələnə görə oturub ağlayıblar", - deyə sakinlərdən biri deyib.
Vətəndaşlar pulların oğurlanmasında bankların böyük məsuliyyət daşıdığını və bununla bağlı tədbir görülməsinin vacibliyini vurğulayıblar.
Daha ətraflı Baku TV-nin süjetində: