Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Corcia Meloni (Giorgia Meloni) arasında görüş olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Toplantısında iştirak etmək üçün Romaya gedən Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri C.Meloni tərəfindən Villa Pamphili İqamətgahında rəsmi mərasimlə qarşılanıb.
Daha sonra Ərdoğanla Meloni təkbətək görüş keçirib.