ABŞ hakimiyyəti ölkədə qanunsuz məskunlaşan və Mərkəzi Asiyadan olan 130-dan çox miqrantı Özbəkistana deportasiya edib.
Yerli KİV-in məlumatına görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yazılı açıqlamasında belə deyilir.
Qazaxıstan, Qırğızıstan və Özbəkistan sakinləri aprelin 30-da deportasiya ediliblər.
“Biz qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi və qanunun aliliyinin təmin edilməsi səylərində Özbəkistanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”, - açıqlamada bildirilib.
ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürünü bildirib.(“Report”)