ABŞ-İran danışıqlarının dördüncü raundu təxirə salındı

ABŞ və İran nümayəndə heyətləri arasında mayın 3-nə planlaşdırılan danışıqlar logistik səbəblərə görə təxirə salınıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə danışıqlara ev sahibliyi edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl Busaidi “X” sosial şəbəkəsində məlumat verib.

 

“Logistik səbəblərə görə ABŞ və İran arasında mayın 3-nə planlaşdırılan görüşü təxirə salırıq. Yeni tarix ümumi razılıq əldə edildikdən sonra elan olunacaq”, - o yazıb.

 

Daha əvvəl “Axios” nəşri üç məlumatlı mənbəyə istinadla Omanın vasitəçiliyi ilə Romada baş tutmalı olan ABŞ-İran danışıqlarının şənbə gününə planlaşdırılan dördüncü raundunin, çox güman, gələn həftəyə təxirə salınacağını bildirmişdi.

 

Nəşrin məlumatına görə, bununla əlaqədar İran və “Avropa üçlüyü” ölkələrinin (Böyük Britaniya, Fransa və Almaniya) nümayəndələri arasında cümə günü Romada keçirilməsi planlaşdırılan görüş də təxirə salına bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.