Rusiyanın Dağıstan Respublikasında həyata keçirilən xüsusi əməliyyat nəticəsində 9 May günü terror aktı törətməyi planlaşdıran qadın saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Məlumata görə, Xasavyurt şəhərində həyata keçirilən əməliyyat nəticəsində 1996-cı il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb. Onun niyyəti 9 May günü şəhərdə yerləşən hüquq-mühafizə orqanının inzibati binasında kustar üsulla hazırlanmış partlayıcı qurğunu işə salmaq olub.