Təbrizin “Traktor”u tarix yazdı: İLK DƏFƏ İRAN ÇEMPİONU OLDU
FOTO

Təbrizin “Traktor” komandası İran Pro-liqasında ilk dəfə çempion olub.

 

Senzor.az bildirir ki, komanda XXVIII turda  Qəzvinin “Şəms Azər” klubunu 4:0 hesabı ilə məğlub edib.

 

Oyun Qəzvindəki “Sərdar Azadegan” stadionunda keçirilib. Artıq birinci dəqiqədə xorvatiyalı hücumçu Domaqoy Drojdek hesabı açıb. 8-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə üstünlüyü ikiqat artırıb, 30-cu dəqiqədə isə Drojdek dubl edərək fasiləyə qədər hesabı 3:0-a çatdırıb.

 

İkinci hissədə “Şəms Azər”in müdafiəçisi Homən Rəbiizadənin meydandan qovulmasından sonra “Traktor” penalti vurmaq hüququ qazanıb. 11 metrlik cərimə zərbəsini yerinə yetirən Rikardo Alveş topu tora göndərərk oyunda yekun hesabı müəyyənləşdirib - 4:0.

 

“Traktor” qələbə sayəsində mövsümün bitməsinə iki tur qalmış çempionluğu təmin edib.

 

Tribunalarda yerli iqtidar nümayəndələri və digər rəsmi şəxslər Təbriz komandasının tarixi qələbəsini izləyiblər.

 

28 turdan sonra Təbriz təmsilçisi 64 xal toplayıb. Onun ən yaxın təqibçisi "Sepahan"ın 56 xalı var. Beləliklə, "qızıl qurdlar" 30 turdan ibarət çempionatın vaxtından əvvəl qalibi olub.  












Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.