ABŞ qeyri-nüvə döyüş başlığına malik dəniz bazalı hipersəsli raketinin sınaqdan keçirilməsi barədə məlumat yayıb.
TASS xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin (ABŞ HDQ) vitse-admiralı Conni Volf məlumat verib.
Raket sınaqları ABŞ-ın cənubundakı Florida ştatında, Kanaveral burnu ərazisində həyata keçirilib. Raket buraxılışı soyuq və ya minaatan start metodu üzrə aparılıb.
C.Volfun sözlərinə görə, soyuq qaz üsulu HDQ-yə raketi platformadan çıxarmağa və birinci mərhələni işə salmazdan əvvəl gəminin üzərində təhlükəsiz məsafəyə çatdırmağa imkan verir
Güman edilir ki, modifikasiyadan sonra hipersəsli raketlər ABŞ-ın "Zumvalt" tipli esmineslərində quraşdırılacaq.