Baş nazirin müavini Samir Şərifovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdədir.
SANA agentliyi xəbər verir ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şara paytaxt Dəməşqdəki Xalq Sarayında nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar ilə də görüş keçiriblər.