7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.
Senzor.az bildirir ki, bu barədə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikası baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.