Almaniya, Böyük Britaniya və Fransa liderləri Kiyevə gəlirlər - POLŞANIN BAŞ NAZİRİ İLƏ BİRLİKDƏ

Almaniyanın yeni Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tusk ilə birlikdə Ukraynaya səfərə yola düşüblər. Onlar orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukraynaya dəstək nümayiş etdirmək məqsədi daşıyan səfər çərçivəsində liderlər Volodimir Zelenski ilə görüşdə beynəlxalq ictimaiyyətin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edəcəklər. Onlar, eyni zamanda, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 30 günlük şərtsiz atəşkəs çağırışına da dəstək ifadə ediblər.

 

Birgə bəyanatda Avropa liderləri bildiriblər ki, Ukraynanın Rusiyaya ərazi güzəşti qəbuledilməzdir və Rusiya beynəlxalq hərbi əməliyyatlarını dərhal dayandırmalıdır. Qeyd edilib ki, bu atəşkəs ədalətli və davamlı sülh danışıqları üçün imkan yaratmalıdır. Həmçinin, Ukraynaya əlavə hərbi yardımın göstəriləcəyi və Rusiyaya qarşı təzyiqlərin artırılacağı vurğulanıb.

 

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı səfər barədə onu məlumatlandırıb. D.Tramp da bu təşəbbüsə dəstək verib.

 

Bu səfər Avropa–ABŞ əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirilir. Belə ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ilk dəfə olaraq ABŞ və Avropa hansısa konkret bir məsələdə – Ukraynadakı müharibənin sona çatdırılması səylərində ortaq mövqedən çıxış edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.