Putin İstanbula gedəcəkmi? – ZELENSKİ TƏKLİFİNƏ CAVAB ALMAYIB

Moskva Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa görüş barədə təklifə hələ də cavab verməyib.

 

Senzor.az bildirir ki, bu barədə V.Zelenski mayın 12-dəki axşam videomüraciətində məlumat verib.

 

"Ukrayna həmişə diplomatiyanı dəstəkləyir. Mən Türkiyəyə getməyə hazıram. Təəssüf ki, dünya hələ də atəşkəs ilə bağlı çoxsaylı təkliflərə dair Rusiyadan aydın cavab almayıb. Rusiya atəşi və hücumları davam etdirir. Moskva bütün günü birbaşa görüş təklifi barədə susub. Çox qəribə səssizlikdir. Rusiya hər halda müharibəni bitirməli olacaq və bunu daha tez etmək daha yaxşıdır. Qətlləri davam etdirməyin mənası yoxdur", - o bildirib.

 

Zelenski ABŞ lideri Donald Trampın da belə bir görüşün keçirilməsini tam dəstəklədiyini deyib. O, Trampın da imkan taparaq İstanbula gəlməsini çox istədiyini sözlərinə əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.