ABŞ Səudiyyə Ərəbistanı ilə strateji iqtisadi tərəfdaşlıq sazişi imzaladı – DETALLAR
VİDEO

ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud strateji iqtisadi tərəfdaşlıq sazişi imzalayıblar.

 

Senzor.az bildirir ki, bu, ABŞ Prezidentinin həmin ölkəyə səfəri çərçivəsində baş tutub.

 

Daha sonra hər iki ölkənin kabinet üzvləri arasında enerji, Səudiyyə Ərəbistanında silahlı qüvvələrin modernləşdirilməsi, məhkəmə sistemləri, gömrük orqanları arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.

 

Bir az əvvəl Ağ Ev imzalanan strateji iqtisadi tərəfdaşlığa dair sazişin detallarını açıqlayıb.

 

Məlum olub ki, sazişə əsasən Səudiyyə Ərəbistanı ABŞ-a 600 milyard dollar sərmayə yatırmaq öhdəliyini üzərinə götürüb.

 

Bildirilir ki, bu, ABŞ-ın enerji təhlükəsizliyini, müdafiə sənayesini, texnologiyada liderliyini, qlobal infrastruktura və kritik minerallara çıxışını gücləndirəcək. 

 

Müqaviləyə həm də 142 milyard dollar dəyərində silah satışı daxildir. Bu indiyə kimi imzalanmış ən böyük həcmdə silah sazişidir.

 

Saziş əsasında Səudiyyə Ərəbistanına hava qüvvələrinin inkişafı və kosmik imkanlar, hava və raketdən müdafiə, dəniz və sahil təhlükəsizliyi, sərhəd təhlükəsizliyi və quru qüvvələrinin modernləşdirilməsi və informasiya və rabitə sistemlərinin təkmilləşdirilməsi istiqamətlərində silahlar satılacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.