İstanbul meri vəzifəsindən uzaqlaşdırılan və hazırda həbsxanada olan Əkrəm İmamoğluna qarşı prokurorluq tərəfindən yeni təhqiqat başladılıb.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, İstanbul Baş Prokurorluğu "dövlət məmurunu xidməti vəzifələrini icra edərkən təhqir etmə" maddəsi ilə təhqiqat aparacaq.
Bildirilir ki, araşdırmaya səbəb Ə.İmamoğlunun "Şəhər uzlaşması" təhqiqatını aparan iki prokurora dediyi sözlər olub.
Ə.İmamoğlunun saxlandığı Silivri həbsxanasında ifadə verəcəyi qeyd edilir.
Xatırladaq ki, Ə.İmamoğlu martın 19-da korrupsiyada şübhəli bilinərək həbs edilib və İstanbul Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb.