İstanbulda Rusiya və Ukrayna arasında danışıqların başlayacağı saat hələ müəyyənləşdirilir.
Məlumatı “RİA Novosti” yayıb.
**09:28
İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar Bakı vaxtı ilə 11:00-da başlayacaq.
TASS xəbər verir ki, danışıqlar Türkiyə Prezidentinin Dolmabaxça sarayındakı ofisində baş tutacaq.
Görüş mediaya qapalı keçiriləcək.
Qeyd edək ki, iki ölkə arasında 2022-ci ilin martındakı danışıqlar da bu məkanda aparılıb.