Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Senzor.az bildirir ki, toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
İclasın gündəliyində İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı və “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi də daxil olmaqla ümumilikdə 12 məsələ var.