Ərdoğan qlobal çağırışlar fonunda Avropanı BİRLİYƏ ÇAĞIRDI
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal çağırışlar fonunda Avropa ölkələrini birliyə və əməkdaşlığa çağırıb.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə qardaş ölkənin lideri  Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammitinin plenar iclasında çıxış edərkən danışıb.

 

Onun sözlərinə görə, dünya birliyində etimad problemi hökm sürür və bunun aradan qaldırılması üçün ilk növbədə yeni və ədalətli sülh nizamı lazımdır.

 

Ərdoğan, həmçinin qeyd edib ki, Avropa qitəsi xüsusilə energetika və nəqliyyat sahəsində böyük əməkdaşlıq potensialına malikdir: "Avropa öz müdafiə sənayesini inkişaf etdirməlidir. Bu səylərdə mərkəzi rolu NATO oynamalıdır, lakin digər tərəfdaşlar, regiondan kənar ölkələr də iştirak etməlidir. Keçmişin bir çox müharibə və münaqişələri bizə müdafiə, təhlükəsizliyin vacibliyini sübut etdi", - o bildirib.


Türkiyə Prezidenti çıxışında Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları atəşkəsin əldə edilməsi və yekun sülh üçün zəmin yaradılması baxımından kritik əhəmiyyətli adlandırıb.

 

Onun sözlərinə görə, atəşkəsin əldə edilməsi, həmişə olduğu kimi, Ukrayna ilə bağlı vasitəçilik səylərində prioritet olaraq qalır.

 

Ərdoğan bildirib ki, ABŞ, Rusiya və Ukrayna liderləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb, həmçinin İtaliyanın baş naziri, Fransanın prezidenti ilə onların təşəbbüsü ilə telefon danışıqları olub: "2022-ci ilin martından bəri ilk dəfədir ki, qan tökülməsinin dayandırılması üçün həqiqətən real imkan yaranıb. Mən avropalı həmkarlarımı Rusiya və Ukrayna arasında dialoq kanalının açıq qalması üçün dəstək verməyə çağırıram. Türkiyə, öz növbəsində, sülh nizamlanmasına mümkün töhfəsini verməyə davam edəcək".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.