Mayın 19-dan 22-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Senzor.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 2007-ci ildə Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyəti Günləri, 2008-ci ildə isə dost ölkədə bizim mədəniyyət günlərimiz gerçəkləşib. Sonrakı dövrdə qarşılıqlı olaraq kitab sərgilərində iştirak, eyni zamanda, iki ölkənin yaradıcı kollektivlərinin səfərləri, nəhayət, 2024-cü ilin may ayında Bakı və Gəncə şəhərlərində təşkil olunan Tacikistan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin tərəqqisinin göstəricisidir.
İnamla demək olar ki, sabah başlayacaq tədbir bizim daha da yaxınlaşmağımıza və mədəni mübadiləyə yeni töhfələr verəcək.