Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın paytaxtı Tehranda səfərdədir.
Senzor.az bildirir ki, bu barədə ISNA məlumat yayıb.
Qeyd edək ki, Tehranda İran Prezidenti Məsud Pezeşkian və 53 ölkədən nümayəndələrin iştirakı ilə Dialoq Forumu işə başlayıb.
Hikmət Hacıyevin də qatıldığı tədbir İran XİN-də keçirilir və mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsinə həsr olunub.
Foruma 40 tematik panel daxildir.