ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə "Yedinıe novosti" telemarafonu məlumat yayıb.
TSN telekanalı mənbələrə istinadən yazıb ki, Tramp və Zelenski Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına imkan verəcək addımları müzakirə ediblər.
Telekanalın məlumatına görə, prezidentlər Trampın Rusiya Prezidenti Vladimir Putinlə danışığından sonra bir-birinə yenidən zəng etmək barədə razılığa gəliblər.