Türkiyə Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə razılığa gəlmələrindən məmnundur.
Senzor.az bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının yekun bəyanatında belə deyilir.
Bildirilib ki, iclasda bölgədə bütün aktorların mənafeyinə uyğun nəticələr verəcək yekun sülhün bərqərar olması üçün lazımi şəraitin təmin ediləcəyinə dair gözləntilər bir daha təsdiqlənib.