Rusiya qabaqcıl silahlar, o cümlədən pilotsuz ucuş aparatları, lazer sistemləri və süni intellektə malik qoşunların idarə edilməsi sistemləri ətrafında dünyada baş verən güclü rəqabətə hazır olmalıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, Rusiya qlobal silah ixracında liderlik edən beş dövlət arasında qalmaqdadır.
“Amma hərbi sənaye kompleksi müəssisələrində mülki məhsulların istehsalı üçün “ehtiyat yaratmaq”, ixrac potensialı olan ikili təyinatlı texnologiyaları, o cümlədən robotlaşdırılmış hava, quru, dəniz və sualtı nəqliyyat vasitələrini, lazer sistemlərini, süni intellekt texnologiyalarından istifadə edən qoşunların idarə edilməsi sistemlərini mənimsəmək lazımdır”, - Putin söyləyib.