Türkiyə və Suriya prezidentləri İstanbulda görüşdülər
VİDEO/FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda suriyalı həmkarı Əhməd əl-Şara ilə görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş zamanı ikitərəfli, regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Ərdoğan Suriyanı daha firavan günləri gözlədiyinə inamını ifadə edib. O bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Suriyanın yanında olmağa davam edəcək.

 

Türkiyə lideri, həmçinin Suriyanın və ordusunun vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirib.

 

O, Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın enerji, müdafiə, nəqliyyat başda olmaqda bütün sahələrdə inkişafa davam edəcəyini, rəsmi Ankaranın bu günə qədər olduğu kimi, bundan sonra qonşuluq və qardaşlıq vəzifəsini yerinə yetirəcəyini qeyd edib.

 

Qeyd edək ki, Suriya nümayəndə heyətində xarici işlər, müdafiə nazirləri və kəşfiyyat təşkilatının rəhbəri yer alıblar.


Ərdoğanı isə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəisi İbrahim Kalın, Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Haluk Görgün, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Prezidentin müşaviri Sefer Turan müşayiət ediblər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.