İyun ayında Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən sonra tikilən mənzillərin açarları vətəndaşlara təqdim ediləcək.
“TRT Haber”in məlumatına görə, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
Onun sözlərinə görə, mərasimdə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev də iştirak edəcəklər.