Rusiya ilə Ukrayna arasında bu gün daha bir əsir mübadiləsi həyata keçirilib.
Senzor.az Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 303 Rusiya hərbçisi geri qaytarılıb.
Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 303 hərbi əsiri də Kiyevə təhvil verilib.
Rusiya MN-dən bildirilib ki, bununla da mayın 23-dən 25-dək Rusiya və Ukrayna tərəfləri arasında "İstanbul razılaşması çərçivəsində “1000-ə 1000” format üzrə məhbus mübadiləsi başa çatıb.
Qeyd edək ki, bu, Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi olub.