Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşdə Türkiyə-Pakistan əlaqələrinin müxtəlif aspektləri qiymətləndirilib, ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib, regional və beynəlxalq proseslər müzakirə edilib.
Bundan əlavə, terrorla mübarizə də gündəmdə olub.
Bildirilir ki, danışıqlarda iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi məsələsi ön planda olub.