Regiondankənar qüvvələr Cənubi Qafqazda fəaliyyətlərini aktivləşdiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında deyib.
"Regiondankənar ölkələrin Cənubi Qafqazda fəaliyyətlərinin aktivləşməsi müşahidə olunur. Onların məqsədi təhlükəsizliyi gücləndirmək deyil, burada öz təsirlərini genişləndirməkdir", - nazir qeyd edib.
Onun sözlərinə görə, Moskva Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlıdır və buna kömək etməyə hazırdır.