Bu bayrağın orada nə işi var?
FOTO

28 May- Azərbaycan 107 yaşını qeyd edir…

 

“Qafqazinfo” xəbər verir ki, belə simvolik tarixdə 30 il erməni işğalında olan və yenidən öz azadlığına qovuşan Laçın mühüm tədbirlərin ev sahibidir.

 

Belə desək, ölkəmiz ən xoş gününü qardaş dövlətlərlə qeyd edir.

 

Bir yanda Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü dünya gündəmində danışılır. 

Digər tərəfdə isə, AXCP üzvləri Cümhuriyyətimizin qurucularından biri olan, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edir.

 

Məsələnin ziyarətlə heç bir əlaqəsi yoxdur, söhbət ondan gedir ki, belə önəmli gündə, Novxanıda niyə məhz Avropa İttifaqının (Aİ) bayrağı dalğalanır?

 

Məgər təməli 1918-ci ildə qoyulan Azərbaycandan 34 il sonra (1952) yaranan bu qurumun dövlətçilik ənənələrimizdə hansısa rolu olubmu?

 

Və ya, torpaqlarımızın illərlə işğalda olduğu dönəmdə, Qarabağ savaşlarında, Qərbin hansı dəstəyini müşahidə etmişik?

 

Əgər ortada bir müşahidə olubsa, o da dırnaqarası Aİ müşahidəçilərinin qərəzli mövqeyini nümayiş etdirib.

 

Görünür, cəbhəçilərə bunu dərk etməyə 30 il işğal dövrü, Vətən müharibəsi və üstündən keçən 5 il kifayət etməyib...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.