ABŞ Prezidenti Donald Tramp, lazım olarsa, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşə hazırdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbətində təsdiqləyib.
“Əgər bu, vacibdirsə”, – deyə Tramp adı çəkilən üçtərəfli görüşün perspektivlərini şərh etməsi istəniləndə vurğulayıb.
“Hazırkı mərhələdə biz Prezident Putinlə görüş üzərində işləyirik. Görək işlər necə gedir. Mənə elə gəlir ki, hər şey yaxşıdır, amma baxaq…”, – Amerika lideri qeyd edib.