Prezident Administrasiyasının şöbə müdiri Ədalət Partiyasının yeni sədri ilə görüşüb

Mayın 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ədalət Partiyasının IX qurultayında yeni seçilmiş sədri Mütəllim Rəhimov ilə görüşüb.

 

Senzor.az bildirir ki, M.Rəhimovu partiya sədri seçilməsi münasibətilə təbrik edən PA-nın şöbə müdiri ölkəmizdə demokratik münasibətlərin təcəssümü olan siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirib. Həmçinin əldə olunmuş tarixi Qələbə, uğurla icra olunan Böyük Qayıdış proqramı, Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan çoxsahəli islahatlar, ölkədə həmrəylik mühitinin qorunması üçün görülmüş işlər, sağlam iqtidar-müxalifət münasibətlərinin dəstəklənməsinin vacibliyi, konstruktiv əməkdaşlıq əlaqələrinin inkişafı və digər bu kimi məsələlər haqqında danışan Administrasiya rəsmisi son zamanlar siyasi partiyaların ölkənin ictimai həyatında artan rolunu qeyd edib.

 

Görüşdə cəmiyyəti düşündürən məsələlərlə bağlı siyasi partiyalar ilə açıq müzakirələrin aparılması məqsədilə təşkil olunan müxtəlif tədbirlər haqqında danışılıb və bundan sonra da mövcud təcrübənin inkişaf etdiriləcəyi vurğulanıb.

 

Sədri olduğu partiya üçün dövlətçilik mövqeyinin və milli maraqların hər zaman mütləq prioritet təşkil edəcəyini bildirən M.Rəhimov deyib ki, Ədalət Partiyası Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məsələsində fəal mövqe tutacaq. İqtidarla və ölkədə fəaliyyət göstərən digər partiyalarla açıq əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu vurğulayan M.Rəhimov gələcəkdə mövcud istiqamətdə müxtəlif layihələrin icra olunması niyyətini də diqqətə çatdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.