Ramil Usubov: Dünyada baş verən proseslər təhlükəsizlik və sabitliyə təhdidlər yaradır - FOTO

Moskvada təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksəksəviyyəli nümayəndələrin “Bərabər və bölünməz təh-lükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər” mövzusunda 13-cü beynəlxalq görüşü keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Təhlükəsizlik Şurası məlumat yayıb.

 

Qeyd olunub ki, görüşdə Şuranın katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

Dünyanın 105 ölkəsinin təmsil olunduğu, 126 nümayəndə heyətinin iştirak etdiyi üçgünlük dialoq çərçivəsində qlobal miqyasda bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması, mühüm informasiya infrastrukturunun terror hücumlarından və təxribatlardan qorunması, o cümlədən internet fırıldaqçılgı ilə mübarizə məsələləri müzakirə olunub.

 

R.Usubov çıxışında bu gün sürətlə baş verən proseslərin dünyada təhlükəsizliyə, sabitliyə yeni çağırışlar və təhdidlər yaratdığını, qlobal Cənubun və Şərqin bundan təklikdə qorunmaq imkanlarının olmamasının narahatlıq doğurduğunu, beynəlxalq birliyin birgə səylərinin vacibliyini diqqətə çatdırıb.

 

O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və yorulmaz səyləri ilə qlobal maraqların kəsişdiyi coğrafi ərazidə yerləşən Azərbaycanın bölgədə və dünyada dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına, möhkəmləndirilməsinə, bərabərhüquqlu əsasda dayanıqlı beynəlxalq əməkdaşlığın inkışafına verdiyi töhfələrdən danışıb.

 

Tədbir çərçivəsində keçirilən görüşlərdə təhlükəsizliyin təmini sahəsində əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.