İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçili olacaq.
Bu barədə ISNA məlumat yayıb.
Məlumata görə, İranın Azərbaycandakı yeni təyin olunmuş səfiri, daha əvvəl açıqlandığı kimi, Avrasiya üzrə mütəxəssisdir. “Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri Müctəba Dəmirçili İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim olunub”, – agentlik diqqətə çatdırıb.
Qeyd edək ki, iyunun 2-də Tehran yeni səfirin təyinatının anonsunu versə də, onun adını açıqlamamışdı.