Azərbaycanda uşaqların TikTok-a girişi QADAĞAN EDİLƏ BİLƏR

Azərbaycanda uşaqların TikTok sosial şəbəkəsinə girişi qadağan edilə bilər.

 

Senzor.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Bakıda keçirilən dəyirmi masada deyib.

 

Onun sözlərinə görə, bəzi ölkələrdə bu platformaya giriş artıq qadağan olunub və Azərbaycan da bu istiqamətdə addım atmalıdır. 

 

Elgün Səfərov qeyd edib ki, ölkədə uşaqların 75 faizi hər gün internetdən istifadə edir, 45 faizdən çoxu isə gündə 5 saatdan artıq onlayn olur. Keçirilən rəy sorğularında respondentlərin 67 faizi valideynlərin uşaqlara internet istifadəsində heç bir məhdudiyyət qoymadığını bildirib.

 

Komitə rəsmisi bu vəziyyətin uşaqları zərərli informasiyalar və hətta insan alveri riskləri ilə üz-üzə qoyduğunu deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.