Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.
Senzor.az bildirir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram".