Bakıda zirzəmidən çıxarılan su insanlara “BULAQ SUYU” ADI İLƏ SATILIR
VİDEO

Yasamalda zirzəmidən çıxarılan su əhaliyə “bulaq suyu” adı altında satılır.

 

Senzor.az bildirir ki, Xəzər TV-nin yayımladığı süjetdə belə deyilir.

 

İddia olunur ki, müxtəlif adlar və markalarda olan su qabları rayonun Ağa Yusif Dadaşov ünvanında beşmərtəbəli binanın zirzəmisində doldurulur. Lakin qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var. Görüntülərdən də aydın olur ki, su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Ətrafı da məişət tullantıları bürüyüb.

 

Çəkiliş aparılan müddətdə zirzəminin qarşısında 4 maşına su yüklənib. Sürücülərin sözlərinə görə, onlar suyu sifarişlə aparırlar.

 

Məhəllə sakinləri də bu şirkətdən su almadıqlarını deyirlər. Hətta satış üçün aparılan qablardakı suyun krandan doldurulduğu da iddia edilir.

 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, həmin çıxarışın olmasına baxmayaraq, məhsulun etiketində mərkəzəşdirilmiş su xəttinə verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması faktı bəyan olunmalıdır. Əks tədqirdə bu yolverilməzdir.

 

Agentlikdən, həmçinin bildirilib ki, Bakı Regional bölməsi “Araz su” əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkətin fəaliyyətini araşdıracaq. Nəticəsi ilə bağlı da ictimaiyyətə məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.