İranın xüsusi xidmət orqanları İsrailin nüvə obyektləri və layihələri ilə bağlı 1000-ə yaxın gizli və strateji sənədi əldə edib.
Senzor.az bildirir ki, bu barədə İranın dövlət televiziyası İRİB məlumat yayıb.
Məlumata görə, bu məlumatlar İsraildən çıxarılıb və hazırda araşdırılır.
İsrailin daxili təhlükəsizlik xidməti "Şin Bet" isə bu məsələ ilə bağlı İrana casusluq etdiklərinə görə iki nəfəri həbs edib.
İddialara görə, həmin şəxslər digər məsələlərlə yanaşı, hazırkı müdafiə naziri İsrael Katzın evinin yaxınlığında müşahidə kameraları quraşdırmağa cəhd ediblər.