İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq, Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin daha bir qrupunun mübadiləsi baş tutub.
Senzor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri hazırda Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir.
Daha sonra Rusiya hərbçiləri Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün ölkəyə gətiriləcəklər.