Azərbaycanlı Xanlar Paşabəyov yekdilliklə Dərbənd şəhərinin meri seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Şəhər Şurasının deputatları səsvermənin yekunlarına görə üç nəfərdən məhz Xanlar Paşabəyovun namizədliyini dəstəkləyiblər.
Qeyd edək ki, Xanlar Paşabəyov Dərbənddə anadan olub, 48 yaşı və iki ali təhsili var.
Mer seçilməzdən əvvəl X.Paşabəyov 2022-ci ildən Dağıstan Respublikasının ədliyyə naziri vəzifəsini tutub, əvvəllər isə respublika Xalq Məclisinin deputatı olub və regionun Dövlət Əmlakının İdarə Edilməsi Nazirliyinə rəhbərlik edib.
O, Əhməd Quliyevin istefasından sonra şəhər başçısının səlahiyyətlərini icra edən şəxs kimi aprelin 30-da meriya kollektivinə təqdim olunmuşdu…