Türkiyə İndoneziyaya 48 KAAN qırıcı təyyarəsi göndərəcək – ƏRDOĞANDAN İLGİNC AÇIQLAMA
VİDEO

"Milli döyüş təyyarəmiz KAAN ilə bağlı çox önəmli və sevindirici bir xəbəri bölüşmək istəyirəm".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında qeyd edib.

 

"Dost və qardaş ölkə olan İndoneziya ilə imzaladığımız müqavilə çərçivəsində Türkiyədə istehsal olunan 48 ədəd KAAN təyyarəsi İndoneziyaya ixrac ediləcək.

 

KAAN-ın istehsalında İndoneziyanın sahib olduğu yerli imkanlardan da istifadə ediləcək. Yerli və milli müdafiə sənayemizin əldə etdiyi irəliləyişi və çatdığı səviyyəni açıq şəkildə göstərən bu müqavilənin həm Türkiyə, həm də İndoneziya üçün xeyirli və uğurlu olmasını diləyirəm.

 

Müdafiə sənayemizin daha da güclənməsi üçün hər cür dəstəyi verdiyimiz və bundan sonra da qətiyyətlə dəstəkləyəcəyimiz bütün şirkətlərimizin uğurlarının davamlı olmasını arzulayır, müdafiə sənayesində çalışan bütün qardaşlarıma təşəkkür edirəm", - Prezident vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.