ABŞ və Çin demək olar ki, ticarət razılaşmasına nail olublar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
O bildirib ki, ABŞ və Çin iki dövlətin liderləri tərəfindən təsdiqlənməli olan ticarət razılaşması əldə ediblər.
“Bizim Çinlə razılaşmamız demək olar hazırdır. Çin lideri Si və mənim son təsdiqimi gözləyir”, - Ağ Ev lideri vurğulayıb.
Onun sözlərinə görə, Çin ABŞ-ı nadir torpaq metalları ilə təmin edəcək: “Nadir torpaq xammalı Çin tərəfindən təmin ediləcək. Biz isə razılaşdığımız kimi, çinli tələbələrin kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik".
Tramp bildirib ki, ABŞ 55%, Çin isə 10% tarif əldə edəcək.