İran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdi

Tehran İsrailin İrana endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

 

Senzor.az bildirir ki, bu barədə İRAN KİV-i məlumat yayıb.

 

İyunun 13-də səhər tezdən İsrail Müdafiə Qüvvələri İranda genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyatda İsrail ordusu İranın nüvə proqramının hərbi obyektlərinə zərbələr endirib.

 

İsrail rəsmiləri əməliyyatın “yəhudi dövləti üçün mövcud təhlükənin qarşısını almaq məqsədi daşıdığını” bildiriblər, çünki İsrailin hərbi və kəşfiyyat məlumatlarına görə, İran qısa müddətdə nüvə silahı hazırlamaqda “dönüş olmayan nöqtəyə” yaxınlaşıb.

 

İsrail Hərbi Hava Qüvvələri İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda bir neçə dəfə hücumlar həyata keçirib və burada bəzi yüksək rütbəli İran hərbi rəsmiləri və nüvə alimləri həlak olub. Xüsusilə, Natanz nüvə obyekti və ölkənin şimal-qərbindəki İran hərbi bazaları vurulub.

 

İranın ali lideri Ayətullah Əli Xamenei ölkə vətəndaşlarına göndərdiyi mesajda İsrailin İrana zərbələr endirməsini cinayət adlandırıb və bildirib ki, İsraili “acı və dəhşətli aqibət” gözləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.