Ərdoğan: Netanyahu bölgəni və dünyanı fəlakətə sürükləyir
VİDEO

“İsrail bölgəmizi, xüsusilə Qəzzanı qan, gözyaşı və qeyri-sabitlik içində boğmaq strategiyasını bu səhərdən etibarən çox təhlükəli həddə çatdırdı. İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüququ heçə sayan təxribatdır".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları sosial şəbəkə hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hava zərbələri endirməsinə münansibət bildirərkən yazıb.

 

"İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzanı hədəf alan qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxtda həyata keçirilən bu hücumlar İsrailin qayda pozan zehniyyətini göstərir.

 

Netanyahu administrasiyası ehtiyatsız, aqressiv və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna son qoymalıdır. Netanyahunun və onun soyqırımı şəbəkəsinin bütün bölgəmizi yandıran hücumlarının qarşısı mütləq alınmalıdır.

 

Bu gün biz bir daha bildiririk ki, biz Yaxın Şərqdə daha qan, dağıntı və qarşıdurma görmək istəmirik. Türkiyə olaraq qonşumuz İrana qarşı edilən mənfur hücumları qınayırıq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.