Putin Pezeşkian və Netanyahu ilə danışdı - İSRAİLİN HÜCUMUNU PİSLƏDİ

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkian və İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib.

 

Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığında İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatdan narahatlıq ifadə olunub.

 

Putin qeyd edib ki, Rusiya BMT nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq İsrail tərəfindən atılan addımları qətiyyətlə pisləyir.

 

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

 

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub.

 

Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

 

İran Prezidenti Məsud Pezeşkian və Ali Rəhbər Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.