Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Qeyd olunub ki, tərəflər məlum üçtərəfli bəyanatlarda qeyd olunan razılaşmaların həyata keçirilməsi kontekstində Qarabağ nizamlanmasının aktual məsələlərini, Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyəti müzakirə ediblər.