İranın Kibertəhlükəsizlik İdarəsi yüksək vəzifəli məmurlar və mühafizə xidmətlərinin açıq şəbəkələrə qoşulan rabitə cihazlarından istifadə etməsini qadağan edib.
Bu barədə "Fars" agentliyi məlumat yayıb.
Onlar yalnız daha təhlükəsiz, özəl və qorunan rabitə sistemlərindən istifadə etməlidirlər.
Onu da qeyd edək ki, son bir neçə saat ərzində bəzi İsrail media qurumları Livandakı Hizbullah peycer hadisəsinə və bununla bağlı insidentlərin İranda baş verə biləcəyinə işarə ediblər.