Çin Xalq Respublikasının Sədri Si Cinpin İsrailin İrana qarşı hərbi əməliyyatından sonra Yaxın Şərqdə gərginliyin artmasından dərin narahatlıq keçirdiklərini bəyan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu fikirləri o, Astanada Mərkəzi Asiya ölkələri ilə keçirilən sammit çərçivəsində çıxışı zamanı səsləndirib.
Si Cinpin deyib ki, Çin digər ölkələrin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozan istənilən hərəkətə qarşıdır.
“Bütün tərəflər gərginliyin tez bir zamanda azaldılması və vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün çalışmalıdır”, – deyə o vurğulayıb.
Si Cinpin əlavə edib ki, Çin Yaxın Şərqdə sülh və sabitliyin bərpasında konstruktiv rol oynamağa hazırdır.
Pekin İsrailin İranın nüvə obyektlərinə zərbələrini “təhlükəli addım” adlandırıb.