İranın bütün ərazisində internet demək olar ki, tamamilə kəsilib.
Senzor.az bildirir ki, bu barədə "NetBlock" beynəlxalq internet monitorinq xidməti "Telegram" kanalında məlumat yayıb.
"İnsident daha erkən - silsilə nasazlıqlardan sonra olub və İsraillə hərbi gərginliyin artması fonunda bir neçə günlük raket zərbələrindən sonra baş verib", - deyə məlumatda bildirilib.
Bu arada İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Düşmənin rabitə şəbəkəsindən hərbi məqsədlər üçün sui-istifadə etməsindən sonra istifadəçilərin internetə çıxışına müvəqqəti məhdudiyyətlərin qoyulması qərara alınıb”.