Ərdoğan: Bombalara qədər özümüz istehsal edirik - “DÜŞMƏNƏ QORXU, DOSTA GÜVƏN VERƏCƏYİK…”

“Bombalara qədər hər şeyi özümüz istehsal edirik”.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə Nazirliyinin “Ay Yıldız” layihəsinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
 
“Bu kimi layihələrin millət və dövlətlərin gücünün simvolu olduğuna inanıram. Bizim əsgərimiz vardı, ürəyimiz vardı, biləyimiz vardı, amma yetərli silahımız yox idi. Hardasa 40 ilə yaxınlaşan terrorla mübarizə prosesimizin ilk dönəmində eyni sıxıntılar səbəbindən ölkəmizin nə qədər ağır itkilər verdiyini ən yaxşı buradakı heyət bilir”, - o qeyd edib.
 
Ərdoğan Türkiyənin əvvəlkindən də sürətli şəkildə yoluna davam etdiyini bildirib: “Amma indi hər şeyi özümüz düzəldirik. İndi PUA-larımız, zərbə dronlarımız, hücum dronlarımız var. Artıq müdafiə sənayesi sahəsində ixraca başlamışıq. Artıq “nə verirsən?” yox, “nə alırsan?” deyəcəyik. Bunun üçün də bütün bombalara qədər hər şeyi özümüz istehsal edirik”.
Türkiyə lideri onu da vurğulayıb ki, bu layihə ilə Milli Müdafiə Nazirliyini, Silahlı Qüvvələrin Baş Qərargahını və bütün komandanlıqları bir yerə toplayacaqlar: “Mərkəzi və ortaq müdafiə sistemimiz olacaq. Burada hər şeyi ilə düşmənə qorxu, dosta güvən verən bir struktur yaradacağıq".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.