
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək.
Senzor.az bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunub.
"Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.